Gözden kaçırmayın
Duayen Turizm 340 kişi ile yola çıkacakBundan daha bir kaç ay önce azerbaycan`daki Türk büyükkelçiliği vasıtasıyla, Afyonkarahisar ve Bursayı gezme imkanı bulan, Azerbaycan`lı tarihçi Resmiyye Gareyeva, Ülkesi olan Azerbaycan`a döndüğünde, Türküstan.net isimli Azerbaycan`ın haber sitesi ve gazetesinde, Afyonkarahisar`ı anlatmış.
Bizlerde noktasına ve virgülüne dokunmadan, bu haberi sizlerle paylaşıyoruz işte Resmiyya Garayeva`nın, gözünden Afyonkarahisar" Çağdaş Türkiye dövlətinin təməli Afyonkarahisarda qoyulmuş, strateji cəhətdən çox uyğun olduğu üçün bu şəhər Anadolunun açarı hesab olunur.
Şəhər ən ağır dönəmlərini 1921-22-ci illərdə - Birinci Dünya müharibəsi ilə Qurtuluş savaşı arasındaki zamanda yaşayıb. Savaşın ardından Anadolunun bir çox əraziləri kimi Afyonkarahisar da Yunanıstan tərəfindən işğal edildi.
Lakin 1921-ci il martın 28-də yunan qüvvələri sakitcə Afyonu tərk etdilər. Həmin il mayın 13-də yenidən Afyonu işğal edən yunanlar bir il, bir ay, 25 gün şəhəri nəzarətlərində saxladı.
1922-ci il avqustun 27-də Afyonkarahisar qəhrəman Türk ordusu tərəfindən düşmən işğalından təmizləndi. Mustafa Kamal paşanın komandanlığı altında tarixi Kocatəpə savaşı olarak bilinən və Türk ordularına zəfər müjdəsi verən Qurtuluş Savaşı da Afyonkarahisarda gerçəkləşib.
Bu səbəbdən şəhər Türkiyənin Qurtuluş Savaşının rəmzi hesab olunur. Ancaq bu barədə o biri yazılarımda bəhs edəcəm.Bursa və Afyonkarahisar deyərkən təkcə Türkiyənin deyil, dünyanın ən zəngin geotermal yeraltı qaynaq suları düşünülür. Bu iki şəhər tərkibi çox zəngin olan istisu yataqlarıdır.
Yerin altından min dərdin dərmanı qaynayır. Bu sahədə qardaş ölkə Avropada ilk sıralarda, dünyada isə 7-cidir. Ən önəmlisi odur ki, Türkiyə son illər yeraltı su mənbələrini başarılı bir şəkildə sağlıq turizminə yansıtmağı bacarıb.
Qədim Romadan başlamış bütün uyqarlıqlar zamanında Bursa və Afyonun yeraltı qaynaq sularından şəfa mənbəyi kimi isitifadə olunmuşdur.
Əfsanəyə görə Midas kralın hər şeyi varmış, tək evladdan başqa. O, gecə-gündüz Tanrıya yalvarır, evlad istəyir. Nəhayət, gözəl qızı Sona dünyaya gəlir. Qızın yetişkən çağında bədəninin hər yerinə çibanlar çıxır, həyatını zəhərə dönərir.
Kral dünyanın loğmanlarını saraya töksə də qızının dərdinə çarə tapılmır. Ağrılardan cana gələn Sona bir gün başalıb gedir. Dağları-daşları gəzib dolaşaraq Afyona gəlib çıxır. Kral Midas qızının arxasınca gözətçilər gönədərir.
Qız susuyur və su axtarmağa başlayır. İndiki Gazlıgöl qaynağının tapıldığı yerdə yaşıllığa bürünmüş bulaq görür və sudan doyunca içir. Biraz keçmiş suyun bədəninə dəyən yerləri şirincə qaşınır və ağrıları azalır.
Gözəl qız suya atılır doyunca çimir, sonra da ağrı-acısız yeni doğulmuş kimi hissedib yatır. Bir həftə beləcə burada qalır, hər gün təbiətin su vannasından yararlanır.
Həftəsonuna tam sağalır və xoşbəxt bir şəkildə gözətçilərlə evlərinə dönür. Midas az qala qızını tanımır. Səni hansı həkim sağaldıb deyə soruşur.
Sona, məni həkim deyil, ölkəndə çıxan isti su sağltdı, deyir atasına. Kral həmən tez oraya bir hamam tikin, gəlib-keçən xəstə insanlar şəfa tapsın deyə, əmr verir. Bu suların Frigyalılar zamanından kullanıldığı da rəvayətlərdə yer alıb.
Osmanlı sultanları da Bursa və Afyonun şəfalı sularından yararlanmışlar.
Bəli, antik zamanlarda necə idisə bu gün də Bursa və Afyonda yerin təkindən can dərmanı sular qaynayır. Dəri xəstəlikləri, iç orqanları, qadın xəstəlikləri, revmatizma, bel, fəqərə ağrıları, qaraciyər, ödkisəsi xəstəlikləri bu suların təsiriylə şəfa tapır.
Beşulduzlu otellərdə xəstələrin müalicəsi üçün ən yüksək səviyyədə, kişilərə və qadınlara ayrıca olaraq hazırlanmış qapalı hovuzlar var. Elə yer var ki, suyun hərarəti 38-42 dərəcədədir, soyumasına ehtiyac qalmır.
Elə yerlər də var ki, su yerin təkindən qaynar şəkildə çıxır. Normal temperatura düşməsi üçün hovuzlar gecədən suyla doldurulur ki, səhərə 39-41 dərəcəyə qədər düşsün.
Otel sahibləri və mütəxəssislərlə söhbətlər etdik. Onlar deyir ki, Bursada tibbi turizm son 10 ildə sürətlə inkişaf edib. Dünyanın hər yerindən insanlar müalicə və müayinə olunmaq, həmçinin istirahət etmək üçün Bursanı, Afyonu seçirlər.
Termal sularla bahəm otellərdə ən müasir tibbi avadanlıqlarla tədavi yöntəmləri şəraiti yaradılıb. Xəstələr günboyu müxtəlif bədən hərəkətləri, aparatlar, elektrik müalicələri alır, saatlarla trinajor zallarında bədən hərərkəti ilə məşğul olur, müəyyən saatlarda isə istisu hovuzlarına girirlər.
Sadəcə dinlənməyə gələn turistlər də bu imkanlardan istədiyi şəkilə yararlana bilir. Otellərin əksəriyyəti beşuluzludur, yəni dediyimiz ən müasir standartlarda. Xəstəxanalar və palatalar ən müasir otellərlə müqayisə oluna bilər.
Yerli insanlar danışır ki, əvvəllər bu suların şəfalı əhəmiyyəti ciddiyə alınmazmış, yaşlılar daha çox maraqlanır, onlar istifadə edərmişlər. Lakin onun əhəmiyyətini, turizmə gətirəcəyi gəliri bilən ağıllı iş adamları qısa zamanda kaplıca sularının mərkəzi olan Bursa və Afyonda 5 ulduzlu termal otellər yaratdılar.
Otellərin otaqlarında belə termal sulardan istifadə olunur. Xidmət növlərini, hovuzları, müalicə vannalarını, mağaraları və dadlı, keyfiyyətli yeməkləri saymaqla bitməz-tükənməz. Qey edək ki, qaynaq sular qadınların üz cildinin gözəlləşməsində də böyük əhəmiyyətə malikdir.
Suyun qaynadığı yerdən palçıqla hazırlanmış təbii üz masqaları turistlərin də karına gəlir. Palçıq-maskalar qablaşdırılmış şəkildə də satılır, qiymətləri də çox uyğun. Saç tökülməsinin qarşısını almaqda isə bu sular birbaşa dərmandır.
Bursa və Afyonun suları kimi təbiəti, qidası və xoşüzlü insanları da bir ayrı ilacdır Dünyanın hər yerindən termal sularda şəfa tapmaq niyyətiylə Bursa və Afyona gələn insanlar geriyə əliboş qayıtmırlar. Bu yerlərin həm suyundan, torpağından, havasından, qidasından, həm də gülərüzlü insanlarının qayğısından ilac kimi istifadə edirlər.
Otellərdə yeraltı suların öz torpağının palçığıyla qarışığından hazırlanmış çamur hovuzları, duz mağaraları dünya səhiyyəsinə şapka çıxaracaq üstünlüyə malikdir.
Qapalı yerlərdə və Avropanın da çatmaq arzusunda olduğu bu hovuzlar insanlara həm can sağlığı, həm ruh rahatlığı verir. Ən böyük ilac, şəfqət isə insanların gülər və mehriban üzündədir. İnsanlığın ən alisi, ən mükəmməli buradadır desəm yanılmaram. Ehtiyacın olduğu an başının üstünə, sevgi və saygılarıyla məlhəm olurlar.
Türkiyənin bu bölgələrinin sağlamlıq və termal turizmi universitetlərin tibb fakültələrində ayrıca tədris olunur. Toplumun ehtiyac duyduğu bütün sorunlar hədəfə alınır və qarşılanmaq üçün universitetlərdə çözüm yolları aranır.
Kocatepe universitetinin tib fakültəsi Araşdırma və eytim, Təcili yardım, travmatalogiya və reablitasiya xəstəxanaları ilə bərabər fəaliyyət göstərir. Burada azərbaycanlı tələbələrin də təhsil alması və tibb fakültələrinin son kurs tələbələrinin təcrübə kursu keçməsi üçün hər cür imkanlar vardır.
Bu barədə sağlıq və termal turizm görəvlisi, Halil Yılmaz bizə ətraflı məlumat verdi Halil YILMAZ: “Məqsədimiz qardaş respublikaların gənclərinin burada problemsiz təhsil almalarına imkan yaratmaqdır. Halil Yılmaz Türkiyədə sağlık və termal turizmin tanıdılması görəvlisidir. Afyonkarahisar Turizm tanıtma və inkişaf etdirmə dərnəyinin başqanıdır.
- Niyyətimiz Türkiyənin sağlıq turizmi sahəsində əlaqələrinin genişləndirilməsi, qardaş respublikalara və dünyaya uzanmasıdır.
Ancaq birinci başda Azərbaycan olmaqla dost və qardaş respublikaların gənclərinin Türkiyənin universitetlərində təhsil almalarına hər cür imkanlar yaratmaqdır.
Qeyd edim ki, abituriyentlər imtahansız qəbul edilir və universitetin hansı fakültəsini istərlərsə seçim imkanlarına malikdirlər.
Termal və sağlıq türizmi ilə bağlı Türkiyənin hər tərəfində gənclərin təhsil alması və bu sahədə əlaqələrin genişləndirilməsi əsas hədəfimizdir.
Qardaş respublikaların gəncləri gəlsinlər, burada təhsil alsınlar və sağlıq turizmin bu şəkildə miqyasının genişlənməsində iştirak etsinlər.
- Halil bəy, tibb universitetinin son kurs tələbələri də burada təcrübə internatura keçə bilərmi?
- Haqlısınız, məhz hədəfimizin biri də budur. Gördüynüz kimi xəstəxana və bərpa mərkəzlərimizlə birgə fəaliyyət göstərən universitetlərimizin tibb fakültələri ən yüksək müasir tibbi-texniki avadanlıqlarla təzhiz olunub.
Yəni ən müasir tibb avadanlıqları tibb fakültələrində və xəstəxanalarda var. Hər gün onminlərlə xəstə müraciət edir. Bu imkanlardan Azərbaycanın və digər türk cümhuriyyətlərinin tibb təhsili alan gənclərinin də yararlanmasını istəyirik.
Xüsusən də son kurs tələbələri internaturanı burada keçə bilər, həm müasir tibbi-texniki avadanlıqlarla tanış olar, həm böyük təcrübə qazanarlar. Tibb universitetləri ilə bu dahədə bir anlaşmaya da ehtiyac duyuruq.
Onlar üçün hər cür imkanlar mövcuddur. Məsələn, Muğla Koçman Universitetini nümunə göstərə bilərəm. Ədəbiyyat, Eytim, İqtisadi ve idari bilimlər, Su ürünləri fakültəsi, Texnoloji, Tibb fakültələri, Turizm işletməciliyi, otelçilik və sair.
Bu fakültələrdə təhsil alan gənclər ölkələrinə dönərkən həmin sahənin əsl mütəxəssisi kimi fəaliyyətlərini davam etdirəcəklər. Çünki bu universitetlərdə həm təhsil, həm də təcrübə ən yüksək səviyyədədir.
Güman ki, qaldırdığımız məsələ ilə bağlı yaxın zamanlarda Azərbaycanda və digər türk cümhuriyyətlərində fəaliyyətimizi genişləndirmək üçün yola çıxdıq".Resmiyye Garayeva
Yorumlar
Yorum Yap