Gözden kaçırmayın

İşlenmiş et ürünleri üzerine istişareler yapıldıİşlenmiş et ürünleri üzerine istişareler yapıldı

.Şəfəqdən öncə oyandın, Günəşin doğmasını gözləmədən, alatoranlığa qədər çalışdın, gecənlə gündüzün fərqini bilmədən, çilən ağır.
Sabaha umdun vardı çünki, umudlarına heç qar yağdırmadın, üşütmədin, üşüyən umutları duanla isitdin. Umutların tükəndiyi yerdən cücərdin.
Altaydan Tunaya Günəş doğacağına əmin idin. Nə zaman doğacağını bilmirdin, amma bir gün millətinə o şəfəqin düşəcəyini görürdün, ana ruhunla, gadın duyğunla.
Dünyanın coğrafiyadan silməyə çalışdığı imperiyanın qadını, sən savaş meydanına eşq meydanı kimi girdin, dəli bir sevdalı kimi. İnsan yalnız sevəndə savaşçı olur, amma barış ətri duymaq istəyirdin.
Bu qədər sevdalanmışkən bu savaşı qazanmazmıydın!?. Allah Allah nidalarıyla meydan savaşlarını ərşə dirək edən oğulları da sən dünyaya gətirdin.
Saçların xınalı, süslü deyildi sənin. Sevdalısı olduğun Vətənin-ulusunun səndən istədiyi və də heç doymadığı qan idi. Sən də onu şımartdın, ərini verdin, oğlunu-qızını verdin, canını verdin sevdana.
Düşmənə atılan top mərmiləri sənin çiyinlərində daşındı cəbhələrə. Düşmana olan nifrətini, hürriyyətinə olan yanğını evladlarının qanı ilə söndürdün. Sən Cahanı ürəyindən vurdun TÜRK gadını!.. TÜRK qadını.
Dünyanı heyrətə gətirdi savaş ruhun, qorxutdun ürəkləri. Qarğa sürüsünün üzərinə qartal kimi cumdun. Oğulların bir-bir şəhit olunca hıçqırığını duyan olmadı. Qəbirsiz-kəfənsiz, şəhid düşdükləri torpaq oldu hər şeyləri.
Torpağının rəngi al-qırmızı oldu evladının qanından-çiçək kimi, sonra da bayraq oldu havalandı, dalğalandı. İçinə kökləndin sən, ruhunu savaşla gücləndirdin. Nə zaman bir loğma yediyini xatırlamadın, amma çiyinlərində cəbbəxana ilə yanaşı sarıdığın evladını, bir də Vətən sevdasını daşıyırdın.
Onlardı sənin incik-boncuğun, ziynətin, bər-bəzəyin. Sənin çəkdiyin yükü tarix çəkə bilməz. Düşüncəndə yaşamaq üçün insan ölümü gözə almalıdır. Əlbəttə TÜRKsən, sənə yaraşan da bu. TÜRK qadını
Məsum qız uşaqları kimi hələ bığları çıxmamış, ağappaq pambıq əlli onbeşliklərin saçına xına yaxıb Vətəninə-hürriyyətinə qurban dedin, Sakaryaya, Kocatəpəyə, Sarıqamışa, Çanakkalaya göndərdin. Burunlarından ana qoxusu çəkilməmişdi hələ.
Türkülərin, ninnilərin qan qoxulu, barış arzulu idi. Sonra bir daha üzünü görmədin onun, ayağı dəydiyi torpağa layla dedin, ah məhmədim dedin. Dastanlar səni yaxşı tanıyır, onları sən yaratdın TÜRK qadını!..
...Səni gördüm! İzmirdə, Bursada, Afyonda, hər addımda, hər qarışda, hər bayrağın rəngində. Hər an düşmən bağrında açılacaqsan kimi tətikdəsən. Həm qürurlu, onurlu, şərəfli, saygın. Səni elə gördüm.
Havanurların, çigdəmlərin, ışılların, Esra usluların, tubaların, əliflərin bətnində, ruhunda yaşayırsan. Gözəl iffətində, TÜRK şanında, mütəvaziliyində, ana sevgisində. Bu gün həkimsən, rəhbərsən, alimsən, bilim insanısan, təyyarə sürürsən, ev xanımısan, tarlada çalışırsan, məhmətlərə gəlin gedirsən, ana olursan.
Amma heç dəyişməməsisən, asalətinlə, kibarlığınla, savaş ruhunla olduğu kimi yaşayırsan, zamana meydan oxuyaraq. Bugünkü TÜRK qadını səni yaşadır, sabahlara daşımaq üçün, sabahki məhmətləri doğurmaq üçün.
...Hardan başlayım, hardan yazım. Sənin dastanın bitməz ki, TÜRK qadını!..